banner
banner

Dünya

Meksika siyasətçiləri prezidentdən ABŞ səfərini ləğv etməyə tələb ediblər

Meksika siyasətçiləri prezidentdən ABŞ səfərini ləğv etməyə tələb ediblər

Meksika siyasətçiləri və dövlət məmurları Donald Trampın ABŞ-la bu ölkə arasındakı sərhəddə divarın tikilməsi haqqında sərəncamı imzalamasından sonra prezident Penya Netodan Birləşmiş Ştatlara planlaşdırılan səfəri ləğv etməyi tələb ediblər. 

"Report"un məlumatına görə, bu barədə "İnterfax" xəbər verib. "Amerikalılar qapını Meksikanın üzünə çırpdılar" – deyə prezidentliyə keçmiş namizəd Kuautemok Kardenas bildirib. "Biz özümüzü alçaltmamaq üçün ən yaxşı halda bunu edə bilərik - Birləşmiş Ştatlara səfəri ləğv etməli və Meksika üçün ləyaqətli mövqe hazırlamalıyıq", - deyə o vurğulayıb. 
 
Qeyd edək ki, Meksika prezidenti Vaşinqtona yanvarın 31-də səfər etməlidir. O, daha əvvəl bildirib ki, Tramp administrasiyasının təkid etməsinə baxmayaraq, Meksika sərhəddə divarın tikintisinə görə pul ödəməyəcək. Xatırladaq ki, ABŞ prezidenti çərşənbə günü "Sərhəd təhlükəsizliyi və mühacirət nəzarətinin təkmilləşdirilməsi" haqqında sərəncam imzalayıb. Sənədə əsasən Meksikayla ABŞ-ın sərhədində divarın tikintisi hazırlığına yarım il vaxt ayrılıb.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.