Psixoloqların intihar FAKTLARI - Dəyanət Rzayev ilk deyil
Psixoloq Dəyanət Rzayevin intiharı hər kəsi üzdü. Özünü yaşadıgı evin eyvanından ataraq intihar edən psixoloqun hansı ruh halıyla bunu etdiyini yaqin araşdırmalardan sonra bilərik. Amma bu intihardan sonra demək olar ki, hər kəs eyni sualı verdi və təəccübləndi: Psixoloq intihar edərmi? Buna görə Modern.az üçün kiçik bir araşdırma apardım və nəticə. Psixoloqlar da intihar edirmiş, Dəyanət ilk deyil. Məsələn, 2016 - cı il aprelin 14-də Türkiyədə tanınmış uzman psixoloq Tülay Gülən İstanbul Kadıköydəki “Mədəniyyət evi”nin ikinci mərtəbəsindən özünü ataraq intihar edib. İnriharın səbəbi isə psixoloqun depresiyaya girməsi olub. Tulay Gülən övladlıq olduöunu öyrənib. Bir ailənin yeddinci övladı olan psixoloq varlı ailəyə övladlığa verilir. Uzun illər sonra bunu öyrənən Tülay əsl ailəsini tapır. Amma ailə durmadan yeni qovuşduqları qızlarından pul istəyir. Sevgisizlik psixoloqu depressiya halına gətirir və o, intihar edir. 2017 ci il. Yanvar ayının 7-si. Türkiyənin Mersin şəhərində Ailə və Sosial Politikalar Bakanlığının bürosunda çalışan 45 yaşlı psixoloq Hasan Cevdet evinin balkonunda özünü asaraq intihar edib. Hələ ki, intiharın səbəbi bəlli deyil. Türkiyənin Eskişehir Yunus Əmrə Dövlət Xəstəxanasının Ruh Sağlığı və Xəstəlikləri bölümünün psixoloqu Məhmət Ümran də evində intihar edib. Polis psixoloqun özünə aid silahla qarnına atəş açaraq, intihar etdiyini açıqlayıb. Psixoloq ölmədən öncə məktub buraxıb. Məktubda “ölümümdən kimsə sorumlu deyil” yazılıb. Hadisə 4 ay əvvəl olub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.