Bundesliqadan “İnter”in müdafiəçisinə rəsmi təklif
“İnter”in müdafiəçisi Andrea Ranokkiya tezliklə klubunu dəyişə bilər.
Qol.az-ın xarici KİV-ə istinadən yaydığı məlumata görə, italiyalı futbolçu “Volfsburq” və “Hamburq”dan rəsmi təklif alıb. Hər iki Bundesliqa klubu Ranokkiyanın xidmətində maraqlıdır.
28 yaşlı oyunçu özü də “İnter”dən getməkdə maraqlıdır. Cari mövsümdə o, “A” seriyasında cəmi 4 matçda forma geyib.
Qeyd edək ki, daha əvvəl Ranokkiyanın xidmətində “Tottenhem”, “Vest Hem” və “Hall Siti”nin də maraqlı olduğu deyilirdi.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.