banner
banner

Dünya

ABŞ-ın keçmiş dövlət katibi İslam dinini qəbul edə bilər

ABŞ-ın keçmiş dövlət katibi İslam dinini qəbul edə bilər

Amerikanın keçmiş dövlət katibi Madlen Olbrayt bəyan edib ki, prezident Donald Trampın 7 islam ölkəsindən mühacirlərin gəlişinin müvəqqəti məhdudlaşdırılmasını nəzərdə tutan qanuna etiraz əlaməti olaraq İslam dinini qəbul etməyə hazırdır.

“Mən katolik kimi tərbiyə almışam, sonra Yeliskopal kilsəsinə keçmişəm, ardınca görmüşəm ki, mənim ailəmdə yəhudilik inamı da var. mən həmrəylik baxımından İslamı qəbul etməyə hazıram. Xoş gəlmisiniz, qaçqınlar”, - Modern.az xarici mediaya istinadən bildirir ki, xanım Olbrayt özünün Twitter səhifəsində yazıb.

O, qeyd edib ki, Amerika istənilən dinə sitayiş edən adamlar üçün açıq olmalıdır.

Tramp dünən miqrasiya siyasətinin və sərhəd nəzarətinin sərtləşdirilməsi haqda qanun imzalayıb. 

 

Olbrayt 1937-ci ildə Praqada anadan olub. O, ABŞ-ın dövlət katibi postunu tutan ilk qadın olub və Dövlət Departamentinə Bill Klintonun prezidentliyi dövründə - 1997-ci ildən 2001-ci ilə qədər rəhbərlik edib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.