banner
banner

Sosİal

ƏƏSMN-in e-xidmətlərinə 6 milyon 550 min müraciət olub

ƏƏSMN-in e-xidmətlərinə 6 milyon 550 min müraciət olub

Son bir ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) elektron xidmətlərinə 6 milyon 550 min dəfə müraciət olunub.

Bu barədə Trend-ə Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

2016-cı ildə “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu ƏƏSMN olub. ƏƏSMN-nin fəaliyyət sahələrinin avtomatlaşdırılması nəticəsində bu sahələr üzrə 30-a qədər elektron xidmət əhalinin istifadəsinə verilib. Həmin e-xidmətlərdən istifadəyə maraq getdikcə artmaqda davam edir və ötən ilin dekabr ayında nazirliyin e-xidmətlərinə müraciətlərin sayı əvvəlki noyabr ayı ilə müqayisədə 56,1 faiz çoxalaraq 889 326-ya çatıb. Ümumilikdə 2016-cı il ərzində əhali nazirliyin elektron xidmətlərindən 6 549 994 dəfə faydalanıb.

2016-cı il əzrində “Elektron hökumət” portalında e-xidmətlərindən ən çox istifadə olunan dövlət qurumu da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi olub. Ötən il nazirliyin ən çox müraciət edilən e-xidməti “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidməti olub. Belə ki, qeyd edilən dövrdə bu e-xidmətə 1 milyon 971 min 872 dəfə müraciət qeydə alınıb. İkinci ən çox istifadə olunan elektron xidmət isə “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” xidmətidir. 2016-cı il fevral fevral ayının 22-də “Elektron hökumət” portalına inteqrasiya edilən həmin e-xidmətdən əhali cari ilin 01 yanvar tarixinədək 1 milyon 835 min 235 dəfə istifadə edib.

Nazirliyin “Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın üç yaş tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Uşağın anadan olmasına görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “İş yerinə dair arayış”, “Sığortaolunanlara məlumatların verilməsi” və s. e-xidmətlərindən istifadə göstəricilərində də artım özünü göstərib. Eyni zamanda, “Hamiləliyə və doğuma görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi”, “Sığortaedənin uçot nömrəsinin öyrənilməsi”, “Pensiya kalkulyatoru” və digər e-xidmətlər də portalda geniş istifadə olunan e-xidmətlər sırasında olublar.

Cia.az

 
 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.