banner
banner

Dünya

Meymun iti övladlığa götürdü

Meymun iti övladlığa götürdü
Hindistanın Madxya Pradeş ştatının Kareli şəhərində meymun evsiz bir iti öz himayəsinə götürüb. Meymun ondan bir dəqiqə belə olsun ayrı dayanmır. 
 
“Ruptly”də yayılan kadrlara görə, o, arxa ayaqları ilə sürətlə qaçır, qabaq ayaqları iləsə iti rahatlıqla tutur. Qeyri-adi hadisəyə bütün yerli sakinlər maraqla tamaşa edirlər. Eyni hadisə 2016-cı ildə də baş vermişdi. Həmin vaxt da Hindistanın Erod şəhərində bir makaka-rezus cinsi meymun bir balaca iti övladlığa götürmüşdü. O, balaca iti digər itlərdən almış və onu özündən bir addım da kənara buraxmırdı. Şahidlər isə güman edirdilər ki, meymun öz balasını itirdiyi üçün iti onun yerinə qoyur. 
 
Makaka-rezus dünyada meymun növlərinin ən geniş yayılanıdır. Onlara Hindistanda, Banqladeşdə, Pakistanda, Nepalda, Tailandda, Əfqanıstanda, Vyetnam və Çində rast gəlmək mümkündür. Hindlilər onu müqəddəs heyvan hesab edirlər.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.