banner
banner

Gündəm

Azərbaycanda 52 polis işçisi xidmətdən qovulub

Azərbaycanda 52 polis işçisi xidmətdən qovulub

Vətəndaş məmnunluğunun təmin edilməsi, qanunçuluğun qorunması sahəsində polisin xidməti vəzifələrin icrasına tələbkarlıq artırılıb. 

Bu barədə Daxili İşlər Nazirliyində keçirilmiş kollegiya iclasında bildirilib. 
Qeyd edilib ki, ötən il insan hüquq və azadlıqlarının pozulması faktlarının sayı 10,9 faiz, o cümlədən əsassız saxlamaların sayı 33,3 faiz, kobud rəftar halları isə 41,3 faiz azalıb. Eyni zamanda, korrupsiya hüquqpozmalarının sayının 29 faiz, həmin əməllərə yol vermiş əməkdaşların sayının 13 faiz azalması və bu təmayülün son 3 ildə davamlı xarakter alması qeyd olunub. 
Bununla belə, daxili nəzarət qaydasında keçirilmiş tədbirlərlə vətəndaşları əsassız polisə gətirdiklərinə, saxladıqlarına, məsuliyyətə cəlb etdiklərinə, qanunsuz axtarış apardıqlarına, sürücülərin hüquqlarını pozduqlarına, kobud rəftara yol verdiklərinə və s. qəbahətlərə görə 350 əməkdaş intizam qaydasında cəzalandırılıb, onlardan 52 nəfəri xidmətdən xaric edilib, 42-si tutduğu vəzifədən azad olunub, 256 əməkdaşa digər intizam tənbehləri verilib. 
Nazir bildirib ki, kadrlarla iş və şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması sahəsində fəaliyyət də nəzarətdə saxlanılıb. Peşə hazırlığının artırılması üzrə davam etdirilən tədbirlərlə 18 mindən artıq əməkdaş müxtəlif təlimlərə, ixtisasartırma kurslarına və beynəlxalq treninqlərə cəlb olunub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.