Ermənistanın keçmiş baş naziri Ovik Abramyan hakim Respublikaçılar Partiyasını tərk edəndən sonra bu partiya üzvlərinin sayı azalacaq.
Cia.az bildirir ki, bu haqda “Jamanak” (“Zaman”) qəzeti yazıb.
Qəzetin öz mənbələrinə istinadən yazdığına görə, keçmiş nəqliyyat və rabitə naziri Qaqik Beqlaryan prezidenr Serj Sərkisyanla dünənki söhbəti zamanı xəbərdarlıq edib.
Beqlaryan deyib ki, əgər Respublikaçılar Partiyasının Ağsaqqallar Şurasına keçiriləcək seçkilərdə Yerevandakı siyahısına rəhbərlik etməsə, böyük qrupla hakim partiyadan gedəcək.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.