banner
banner

Sosİal

Elçin Behbudova keçmiş işçisindən ittiham

Elçin Behbudova keçmiş işçisindən ittiham

İşgəncələrə Qarşı Azərbaycan Komitəsi sədrinin hazırda həbsdə olan köməkçisi Süleyman Süleymanov Elçin Behbudova və kütləvi informasiya vasitələrinə müraciət edib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, S. Süleymanov ərizəsində 2007-ci ildən 2014-cü ilədək İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin əməkdaşı, E. Behbudovun köməkçisi olduğunu bildirib: “Qeyd edim ki, ötən ilin əvvəlində vətəndaşlar Əfəndiyeva Brilyant və Mayılova Esmira mənim vasitəmlə komitə sədri Elçin Behbudova yazıb müraciət edərək Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsində Alim və Rafiq adlı polis əməkdaşlarının onlara işgəncə verdiklərini bildiriblər. Guya onlardan 2000 min manat aldıqdan sonra sərbəst buraxıblar. Lakin fakt öz təsdiqini tapmayıb, Brilyant Əfəndiyeva barəsində cinayət işi qaldırılıb və o, məhkəmənin hökmü ilə cəzalandırılıb. Esmira Mayılova barəsində isə istintaq hərəkətləri aparıldığından heç bir məlumata malik deyiləm”.

S. Süleymanov müraciətində bildirib ki, hər iki vətəndaş 19 fevral 2014-cü il tarixdə 1-ci polis bölməsinə barəsində şər və böhtan xarakteri daşıyan ərizə ilə müraciət ediblər:

“Şikayət ərizələrində göstəriblər ki, guya mən onların barəsində qaldırılmış cinayət işini ləğv etdirmək üçün Brilyant Əfəndiyevadan 2000 min manat, Esmira Mayılovadan isə 1600 manat almışam. 19 fevral 2014-cü il tarixdə hər iki rəfiqə aldandıqlarını bilmiş və məndən pullarını tələb etdikdə, mən Esmiranı döymüşəm, əlində olan çantasını əlindən alıb qaçmışam və çantada 2065 manat var imiş.

Maraqlısı odur ki, barəmdə qaldırılmış saxta və qurma cinayət işinin aparılması və araşdırılması yuxarıda adını qeyd etdiyim Alim adlı polis əməkdaşının yaxın qohumu olan polis müstəntiqi Neman Şirinova həvalə edilib. Yuxarıda qeyd etdiyim və sadaladığım məsələlərdən Elçin Behbudovun xəbəri olub və əlavə olaraq yazılı şəkildə müraciət edərək hüquqlarımın qorunmasında mənə köməklik göstərməsini, aidiyyati orqanlara müraciət edilməsini diqqətdə saxlamasını xahiş etmişəm. Əfsuslar olsun ki, Elçin Behbudov bir hüquq müdafiəçisi olaraq nə məni müdafiə edib, nə də məsələnin ədalətli araşdırılması üçün aidiyyatı orqanlara müraciət edib. Əksinə olaraq hər vəchlə bu məsələləri gizlətməyə cəhd edib” .

Qeyd edək ki, S. Süleymanov Xəzər Rayon Məhkəməsinin hökmü ilə 3 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) və 178-ci (dələduzluq) maddələri ilə ittiham olur.

Məsələ ilə bağlı musavat.com-a danışan E. Behbudov isə bildirib ki, S. Süleymanov həbs olunduqdan sonra ona müraciət edib: “Mən də onun müraciətini araşdırılması üçün Daxili İşlər Nazirliyinə göndərmişəm. Başqa nə etməli idim ki? Mən məhkəmə deyiləm, prokuror deyiləm. Onun danışdıqları cəfəngiyyatdır. Süleyman Süleymanovun işi ilə bağlı hakimlə də danışmışam. Hakim mənə bildirib ki, o, dəfələrlə məhkum həyatı yaşadığı üçün şərti azadlığa buraxıla bilməz. Süleyman Süleymanov işində verdiyi nöqsanlara görə, bizim komitənin qərarı ilə 2013-cü ildə vəzifəsindən azad edilib”.

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Evini kirayə verənlərin nəzərinə!

Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.

Sabah 20 dərəcə isti olacaq - PROQNOZ

Bakıda və Abşeron yarımadasında noyabrın 19-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.