banner
banner

Dünya

Tramp: “Bu məsələni dinlə bağlamaq olmaz”

Tramp: “Bu məsələni dinlə bağlamaq olmaz”
ABŞ prezidenti Donald Tramp bəyan edib ki, kütləvi informasiya vasitələri onun miqrasiya ilə bağlı qərarlarını təhrif edib.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampın yaydığı xüsusi açıqlamada bildirilir.
 
“Açıq və aydın demək istəyirəm ki, bu, müsəlmanlara qarşı yönələn qadağa deyil. Bu məsələni dinlə bağlamaq olmaz. Söhbət təhlükəsizlikdən və terrorun qarşısının alınmasından gedir. Dünyada 40-dan çox müsəlmanların çoxluq təşkil etdiyi ölkə mövcuddur ki, onlara qarşı heç bir məhdudiyyət tətbiq olunmayıb”, bəyanatda deyilir.
 
Qeyd edək ki,  D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.