Türkiyə-İsrail 6 ildən sonra siyasi məsləhətləşmələrə başlayır
Türkiyə və İsrail arasında 6 ildən sonra ilk siyasi məsləhətləşmə keçiriləcək. Cia.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, məsləhətləşmə fevralın 1-də Ankarada keçiriləcək.
Hər iki ölkə qarşılıqlı əlaqələri və səfərləri maksimum şəkildə normallaşdırmağa çalışır. Bu həftə Türkiyə hökumətinin nazirlərindən birinin də İsrailə səfəri gözlənilir.
Qeyd edək ki, 2010-cu ildə "Mavi Mərmərə" hadisəsindən sonra korlanan Türkiyə-İsrail əlaqələri 2016-cı ilin iyulunda münasibətlərin normallaşdırılması ilə bağlı imzalanan razılıqdan sonra yenidən yaxşılaşmağa başlayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.