Aktyor Nejat İşlər uzun illərdən sonra yenidən seriala çəkiləcək. Nejat sonuncu dəfə 2013-cü ildə “İntiqam” serialında oynayıb. Daha sonra səhhətində yaranmış problemlər ucbatından Bodrumdakı evinə köçüb və orada yaşamağa qərar verib. 44 yaşlı aktyor bu illər ərzində ona gələn bütün təklifləri rədd etsə də, “Kanal D”də yayımlanan “Bodrum masalı” serialında çəkilməyə razılıq verib. N.İşlər rolunun müqabilində həftəlik 25 min (təxminən 12 min AZN), aylıq 100 min türk lirəsi (təxminən 50 min manat) alacaq. O, bu təklifi rəhbəri olduğu “Gümüşlükspor” futbol klubu üçün qəbul edib.
Belə ki, İşlər hər ay qazandığı 20 min türk lirəsini (təxminən 10 min AZN) klubuna xərcləyəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.