Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.
CİA.Az AzərTAc-a istinadən məlumat verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında olub, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət edib. Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.
1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.
Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub. Məlumat verilib ki, burada 204 şagird təhsil alır.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.