banner
banner

Dünya

Yəməndə baş vermiş son döyüşlərdə 7 nəfər ölüb

Yəməndə baş vermiş son döyüşlərdə 7 nəfər ölüb

Yəmənin iqtidaryönlü qüvvələri ilə "Ənsərulla" hərəkatının üzvləri (husilərlə) və keçmiş prezident Əli Abdulla Salehinin tərəfdarları arasında baş vermiş son silahlı toqqquşmalarda 7 nəfər həlak olub. 

 
"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib. Məlumata görə, döyüşlər Səudiyyə Ərəbistanı ilə həmsərhəd Harad rayonu ərazisində baş verib. Silahlı toqquşmalar zamanı həmçinin daha 4 nəfər xəsarət alıb. Yəmənin iqtidaryönlü qüvvələrinə Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi beynəlxalq koalisiyanın aviasiyasının dəstək verdiyi bildirilir. 
 
BMT-nin məlumatına görə, Yəməndə münaqişənin başlandığı vaxtdan bu günə kimi 10 min mülki sakin həlak olub.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.