banner
banner

Gündəm

Nazirlikdən 800 min manatlıq cərimə

Nazirlikdən 800 min manatlıq cərimə
2016-cı il ərzində hüquqi və fiziki şəxslər tərəfindən ətraf mühitinin çirkləndirilməsi ilə bağlı yol verilən qanun pozuntularına görə 2215 akt və 794 protokol tərtib olunub. Aşkar edilən nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 641 müddətli “məcburi göstəriş” verilib.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən musavat.com-a verilən məlumata görə, ümumilikdə 773 iş üzrə təqsirkarlar 883 730 manat məbləğində inzibati qaydada cərimə olunub.
 
Ətraf mühitə dəyən ziyana görə 413 iş üzrə 585120,7 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 4989 iş üzrə 1157778,69 manat məbləğində ödəmə tətbiq edilib. 
 
Tədbir görülməsi üçün hüquq mühafizə orqanlarına göndərilən 425 işdən 232-nə, icra qruplarına göndərilən 434 işdən 215-nə, məhkəmələrə göndərilən 191 işdən 56-na baxılıb. Qalan işlər isə hazırda icraatdadır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.