Aktyor Bred Pitt bir vaxtlar keçmiş həyat yoldaşı, aktrisa Ancelina Coli ilə yaşadığı evdə dəyişiklik edib. Bredin villasına yaxın yaşayan qonşular onun evdəki əşyaları yenilədiyini bildiriblər. Qonşuların sözlərinə görə, aktyor daha çox Coli ilə aldığı mebelləri, bəzək əşyalarını, şəkil ramkalarını və digərlərini evdən çıxarır. O, bununla Ancelina ilə olan xatirələrindən birdəfəlik vaz keçmək istəyir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.