banner
banner

Dünya

Şults: “Tramp AB-ni parçalamaq istəyir”

Şults: “Tramp AB-ni parçalamaq istəyir”
ABŞ Prezidenti Donald Tramp Avropa Birliyini parçalamağa cəhd göstərir.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Parlamentinin keçmiş sədri Martin Şults söyləyib.
 
“Aydındır ki, AB-nin parçalanması arzusu var. Tramp ABŞ-a Böyük Britaniyanın AB-dən çıxması kampaniyasına rəhbərlik edən Naycel Faracı dəvət edən ilk şəxslərdən biridir. Bizim üçün bu, böyük daxili bazarın məhv edilməsi deməkdir. Bu siyasət Avropaya hücum deməkdir və Almaniya hökumətinin maraqlarına cavab vermir”, – deyə o bildirib.
 
Qeyd edək ki, ötən gün eyniməzmunlu açıqlama ilə Avropa Şurasının rəhbəri Donald Tusk da çıxış edib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.