|
"Bavariya"nın kapitanı Filipp Lam zədəsini sağaldıb. Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 33 yaşlı müdafiəçi komanda ilə ümumi məşqlərdə iştirak edib. Məşqdən sonra F.Lam açıqlamasında hər şeyin qaydasında olduğunu bildirib. Onun Almaniya bundesliqasının 19-cu turunda "Şalke"yə qarşı matda iştirak edəcəyi gözlənilir. Cia.az
|


