banner
banner

Dünya

Facebook-un xalis mənfəəti 10,2 milyard dollara çatıb

Facebook-un xalis mənfəəti 10,2 milyard dollara çatıb

2016-cı ilin yekunları üzrə "Facebook"un xalis mənfəəti təqribən 18 faiz artaraq 10,2 milyard dollara çatıb. 

 
"Report" xəbər verir ki, bu barədə şirkətin məlumatında bildirilir. Şirkətin mədaxili 54 faiz artaraq 27,6 mlrd. dollara çatıb, o cümlədən reklam gəlirləri 57 faiz artaraq 26,9 mlrd. dollar təşkil edib. Ötən ilin IV rübündə "Facebook"un xalis mənfəəti təqribən 13 faiz artaraq 3,6 mlrd. dollar, mədaxili 51 faiz artaraq 8,8 mlrd. dollar, o cümlədən reklam gəlirləri 53 faiz artaraq 8,6 mlrd. dollar təşkil edib. 
 
"2016-cı il bizim biznesimiz üçün yaxşı oldu, lakin biz insanları bir-birinə daha da yaxınlaşdırmaq üçün hələ çox iş görməliyik", - deyə şirkətin təsisçisi və rəhbəri Mark Zukerberq bildirib.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.