Ukrayna Baş Prokurorluğunun müstəntiqləri Donbasdan olan milyarder Rinat Axmetovu dindirir.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Ukrainskaya pravda” öz mənbələrinə istinadən məlumat verib.
Qəzetin yazdığına görə, Axmetov yanvarın 22-də prokurorluğa çağrılıb və dindirmə 6 saat davam edib. Onun terrorçuluğun və qanunsuz silahlı dəstələrin maliyyələşdirilməsi işi üzrə dindirildiyi xəbər verilir.
Məlumata görə, Axmetovun adı bu işdə şahid qismində keçir. Həmin cinayət işində “Ukrayna-irəli” partiyasının lideri Natalya Korolevskayanın və Regionlar Partiyasının liderlərindən Aleksandr Yefremovun adı fiqurantlar qismində yer alır.
Rinat Axmetov Ukraynanın ən varlı adamlarından biridir. “Forbes”in hesablamalarına görə, onun 11,2 milyard dollar sərvəti var.
R.Axmetov Regionlar Partiyasının əsas sponsoru hesab edilirdi. Yanukoviçin devrilməsindən sonra o, indiki hakimiyyətə qarşı açıq müxalifətə keçməsə də ölkənin şərqində separatçılara dəstək verdiyinə dair çoxsaylı ittihamlarla üzləşib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.