banner
banner

Dünya

Kanadada məscid daşa basılıb

Kanadada məscid daşa basılıb
Kanadanın Monreal bölgəsinin Pointe-Sent-Çarls rayonunda naməlum şəxs və ya şəxslər “Xədicə Məscidi” adlı İslam Mərkəzini daşa basıblar. 
 
“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu mərkəzin rəhbəri Asik Əhməd bildirib.
Hadisə nəticəsində məscidin pəncərələrinin şüşələri sınıb. 
 
A.Əhməd vurğulayıb ki, bu hadisə nifrətin belə tezliklə sona çatmayacağını göstərir. 
 
Polis nümayəndələri deyib ki, bir neçə gün əvvəl naməlum şəxs və ya şəxslər həmin məscidə yumurta atımış, boya ilə mərkəzin divarlarına təhqiredici ifadələr yazılmışdı.
 
Faktla bağlı araşdırma aparılır.
 
Qeyd edək ki, Kanada polisi fransız-kanadalı tələbəni Quebec şəhərindəki məsciddə 6 nəfəri güllələməkdə ittiham edib.
 
Xatırladaq ki, bu il yanvarın 31-də Kanada vətəndaşı 27 yaşlı Aleksandr Bissonnettenin gecə saatlarında Quebec İslam Mədəniyyət Mərkəzində axşam namazı zamanı məscidə silahlı basqını nəticəsində 6 nəfər ölmüş,19 nəfər isə müxtəlif dərəcədə xəsarət almışdı. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.