Trampın “fake news” (saxta xəbər) olaraq adlandırdığı CNN falçı qadının dediklərini xəbər edib. Falçı qadın isə “Ərdoğan uduzacaq” deyib.
Daha əvvəl Türkiyənin “Sözcü” qəzeti bir falçıya istinad edərək 1 noyabr seçkilərində Ədalət və İnkişaf Partiyasının (AKpartiya) məğlub olacağını bildirmiş, seçim axşamı isə falçının dediyinin yanlış olduğu ortaya çıxmışdı.
Modern.az xəbər verir ki, “CNN İnternational” dünyaca məşhur olaraq təqdim edilən Honk-konqlu falçı Priskilla Lamın sözlərini saytda yayımlayıb. Və “Ərdoğan referendumda məğlub olacaq” xəbərini yazıb.
Trampın seçkiləri qazanacağını bildiyi deyilən Lam-a görə, Ərdoğan referendumda umduğunu tapa bilməyəcək.
Falçı Lam Ərdoğanın astronomik elementinin su olduğunu, bu səbəblə bahar aylarında mənfi mənada təsir altında olduğunu da sözlərinə əlavə edib.
“At ilində dünyaya gələn Ərdoğanın doğum günündəki astronomik elementi sudur. Bahar bu qrup üçün heç də yaxşı keçməyəcək. Çünki baharda çiçəklər açar və bütün suyu alar. Ərdoğan güclərini artırmağı hədəflədiyi aprel referendumunda məğlub olacaq. Ərdoğanın gözləri insanlardan çox artıq görmədiyini göstərir. Ağrının ətrafındakı cizgilər isə hökümətdəkilərin güvənilməz olduğunu göstərir. Ərdoğan üçün yaxşı bir il olmayacaq”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.