Azərbaycan Futbol Federasiyaları Assosiasiyası 2019-cu ildə keçiriləcək UEFA Çempionlar Liqası və UEFA Avropa Liqası turnirlərinin final oyununun təşkili ilə bağlı namizədliyini irəli sürüb. AFFA UEFA-ya müraciətində qeyd olunan turnirlərin həlledici qarşılaşmasının keçirilməsi üçün Bakı Olimpiya Stadionunu təklif edib.
Hər iki oyunun keçirilməsi üçün namizədliyi irəli sürmüş stadionlar aşağıda adları qeyd olunanlardır: UEFA Çempionlar Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu İspaniya – Madrid – Estadio Metropolitano
UEFA Avropa Liqası
Azərbaycan – Bakı – Bakı Olimpiya Stadionu Gürcüstan – Tbilisi – Dinamo Arena Almaniya – Frankfurt – Frankfurt Stadion Almaniya – Ştutqart – Arena Stuttgart Şotlandiya – Qlazqo – Hampden Park İspaniya – Sevilya - Estadio Ramon Sanchez Pizjuan Türkiyə - İstanbul – Beşiktaş Arena
UEFA-nın İcraiyyə Komitəsi hər iki turnirin final oyununun keçiriləcəyi stadionlarla bağlı qərarı bu ilin sentyabr ayında qəbul edəcək.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.