banner
banner

Dünya

“Türkiyədə hər an çevrilişə cəhd ola bilər”

“Türkiyədə hər an çevrilişə cəhd ola bilər”

Qəribə təəssürat yaranıb.

 

Türkiyə siyasi arenasında son vaxtlar xeyli gərginlik yaşanır. Əvvəlcə hərbçilərin, dövlət çevrilişində ittiham edilənlərin həbsi və nurçularla bağlı məhkəmə proseslərinin getməsi və s. Ölkədə çevrilişə hər an cəhd edilə bilər.

 

Axar.az xəbər verir ki bu sözləri türk siyasi ekspert Arif Əsəlioğlu Türkiyədə gedən siyasi prosesləri analiz edərkən deyib.

 

Türkiyə hakimiyyətinin çətin dövrlərdən keçdiyini qeyd edən Əsəlioğlu rejimin "qaranlıq otaqda qara pişik" axtardığını bildirib:

 

“2013-cü ildə Ərdoğan hökuməti korrupsiyada ittiham edilirdi. Ancaq hakimiyyət bu olaydan çətinliklə də olsa, çıxa bildi. Məlumdur ki, indi ölkədə növbəti dövlət çevrilişinə cəhd edilə bilər. İndi prokurorluq jurnalistlər və ictimai xadimlərə qarşı təzyiq edir. Avropa Birliyi isə Ankaranı söz azadlığını pozmaqda ittiham edir Belə ki, hakimiyyət hüquqi dövlətin erroziyasına imkan yaradaraq dövlətin səlahiyyətlərini genişləndirdiyinə görə tənqid edilir. İndiki halda Türkiyədə çevriliş həyata keçirmək mümkündürmü? Əminəm ki, mümkün deyil. Ərdoğan paralel dövləti bəhanə edərək hakimiyyətin bütün qollarında nəzarəti ələ keçirir”.

 

Xatırladaq ki, 2013-cü ildə korrupsiya ittihamı ilə bağlı Ərdoğan hökuməti dörd naziri istefaya göndərmək məcburiyyətində qalmışdı.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.