İtaliyanın cənubundakı Monza şəhərində bir barın qapısına “xəz dəri geyinənlər girə bilməz” elanının asılması ciddi dartışma yaradıb.
Şəhərin mərkəzində yerləşən Arengo Barın qapısına asdığı ilk afişa sosial mediada sürətlə yayılıb. Afişalardan birində bir it şəkli və yanında da “Mən girə bilərəm” yazısı yazılıb. Digər afişada isə üzərində qırmızı hərflərlə yazılmış bir xəz dəri rəsmi və üzərində “Mən girə bilmərəm. Bu barda heyvanlara hörmət göstərilir” yazısı yer alıb. Sosial mediada müzakirələrə yol açan bu elan dəstək qədər etiraza da səbəb olub. Sosial media istifadəçilərinin çoxu bar sahibinə “əlasınız” deyərkən, bir çoxları da bu qadağanın ayrı-seçkilik təşkil etdiyini və qanundan kənar olduğunu deyib. Bəzi istifadəçilər isə “fanatiklikdə” ittiham etdikləri bar sahiblərinə “o zaman dəri pulqabı və kəmərdən istifadə edənləri də içəri qoymayın” deyiblər.
Yerli qəzetlərdən birinin əməkdaşı isə Arengo barda yaşanan bu mənzərəni belə təsvir edib: “Xəz dəri geyinən yaşlı bir qadın içəri girir. Amma sonra əlini qaldırıb, xəz dərisinin saxta olduğunu deyir. Amma masaya oturanda əslində xəz dəri kürkünün həqiqi olduğunu deyir. Bu kiçik yalanı niyə deməsinin səbəblərinə gəlincə, aşağıdakıları deyib: “Məncə hər kəs nə istəyirsə, onu da etməlidir. Buranın səhər yeməyi gözəldir, məni bir afişa dayandıra bilməz. Zatən əslində bu iş tamamən reklam kampaniyasıdır”.
Xəbərin yayılması və internet vasitəsilə müzakirələrin artmasından sonra bar sahibi Ancela Sorgente mətbuata açıqlama verib ki, məqsədləri ayrı-seçkilik və ya reklam etmək yox, əksinə, heyvanlara hörmət mesajı vermək olub. Sorgente deyib ki, müştəri itirməkdən qorxmur: “Mənim üçün vacib olan hər kəsə qarşı sayğılı olunmasını təmin etməkdir. Buna heyvanlar da daxildir”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.