ABŞ-İran münasibətlərinin gərginləşmə səbəbi - Şərh
ABŞ-İran münasibətləri həmişə Vaşinqtonun Yaxın Şərq siyasətində bir indikator rolunu oynayıb.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert vurğulayıb ki, Vaşinqton-Tehran münasibətlərinin gərginləşməsi Amerikanın Yaxın Şərq strategiyasında dönüş yaratmaq istəyindən xəbər verir:
“ABŞ-İran münasibətləri həmişə Vaşinqtonun Yaxın Şərq siyasətində bir indikator rolunu oynayıb. Əgər ABŞ-İran münasibətləri gərginləşirdisə, Vaşinqton dərhal Yaxın Şərqdə qəti addımlar atırdı. Əks təqdirdə isə ABŞ Yaxın Şərq strategiyasında daha mülayim siyasət aparırdı. İndi isə vəziyyət xeyli dəyişib. Yəni Vaşinqtonun ötən illərdə apardığı siyasətlə barışmadığı ön plana çıxır. Obama hakimiyyətindən sonra Amerikanın Yaxın Şərq siyasətində böyük dəyişikliklər olacaq. ABŞ məhz köhnə müttəfiqlərindən istifadə edərək bu siyasəti həyata keçirəcək. Həmin müttəfiqlər isə sözsüz ki, İsrail, Ərəbistan və digər körfəz ölkələridir, hansı ki, İranla münasibətləri həmişə gərgin olub. Sözügedən ölkələrin bəziləri artıq Amerikaya hər vəchlə kömək göstərməyə hazır olduqlarını bəyan ediblər. İsrail ABŞ-ın bu siyasətini birmənalı dəstəkləyir. Fikir verin, son aylar İsrail-ABŞ münasibətləri pisləşmişdi, Netanyahu açıq şəkildə İranla barış siyasətinə görə Amerika rəhbərliyini ittiham edirdi, bunun İsrailin maraqlarına zərbə olduğunu bildirirdi. İsrail hazırda faktiki olaraq ritorikasını dəyişib”.
Politoloq Amerikanın İrana qarşı olan bu cür sərt siyasətinin çox böyük fəsadlara gətirib çıxara biləcəyini deyib:
“Bu, ilk növbədə nüvə proqramı ilə bağlı imzalanmış sazişə yenidən baxılmasına, Tehrana qarşı sanksiyaların tətbiq olunmasına yol aça bilər ki, bu da regionda vəziyyəti daha da mürəkkəbləşdirəcək. Belə bir vəziyyət isə İranla sıx əlaqələri olan dövlətlərə də mənfi təsir göstərəcək”.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.