banner
banner

Dünya

Sevgilisi ilə birgə hamilə qalan… oğlan

Sevgilisi ilə birgə hamilə qalan… oğlan
İngiltərənin Mançester şəhərində sevgilisi Amanda Bennett hamilə qalandan sonra 25 yaşlı Mayk Dovdal da qəribə xəstəliyə düçar olub. Belə ki, gənc oğlan çox nadir görülən couvade sindromuna tutulub. Bunun da nəticəsində Dovdallın qarnı sevgilisininki qədər böyüyüb. 
Səhərlər ürəkbulanması ilə oyanan gənc ata sevgilisi kimi baş ağrısı da yaşayır. İlk vaxtlar sevgilisinin zarafat etdiyini düşünən Amanda isə deyib ki, artıq insanlar Dovdallın qarnına daha çox baxır. Çünli 9 aylıq hamiləyə bənzəyir”. Tatuaj ustası olan Dovdall isə sevgilisinin dərhal uşağı dünyaya gətirməsini arzulayır. Çünki hamilə kimi gəzməkdən bezib. Bu arada xatırladaq ki, tibdə couvade sindromu geniş yayılmasa da, bilinən bir haldır. 

Həyat yoldaşları hamilə qalan kişilər bu sindroma yaxalanır və onlarda mədə bulantısı, iştah dəyişikliyi, yuxu pozğunluğu, kökəlmə müşahidə olunur. Mütəxəssislər hesab edir ki, bu əlamətlər “hamiləliyə qoşulma” kimi xarakterizə edilir. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.