banner
banner

Dünya

Şotlandiya parlamenti “Brexit”in əleyhinə səs verib

Şotlandiya parlamenti “Brexit”in əleyhinə səs verib
Şotlandiya parlamenti Böyük Britaniyanın Avropa İttifaqından çıxma (“Brexit”) prosedurunun başlanmasına qarşı səs verib.  
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, səsvermənin heç bir fəsadının olmayacağı bildirilir.  Belə ki, Ali məhkəmənin qərarına əssən, Lissabon sazişinin 50-ci maddəsinin tətbiq edilməsi üçün Britaniya parlamentinin dəstəyi kifayətdir, yəni, regional parlamentlərin razılığına gərək yoxdur.  
 
Qeyd edək ki, 23 iyun tarixində keçirilmiş referendumda Şotlandiya əhalisinin əksəriyyəti  “Brexit”ə qarşı səs verib.
 
Xatırladaq ki, fevralın 1-də Britaniya parlamentinin İcma Palatası “Brexit” prosedurunun başlanmasına səs verib. Aşağı palatada yekun səsvermənin fevralın 8-də keçiriləcəyi nəzərdə tutulub. Bundan sonra qanun layihəsi Lordlar Palatasına göndəriləcək. 
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.