“Kainat gözəli 2014” müsabiqəsinin qalibi Kolumbiya vətəndaşı Paulina Veqa oldu.
Bu barədə bazar ertəsi, yanvarın 26-da Associated Press məlumat yayıb.
Kolumbiyalıdan başqa finala ABŞ, Niderland, Ukrayna və Yamayka təmsilçiləri yüksəliblər. Ümumilikdə müsabiqədə 87 qız iştirak edib. Yarış Mayamidə baş tutub.
Vitse-miss titullarını ABŞ-ı təmsil edən Nia Sançes, “Miss Ukrayna” Diana Qarkuşa alıblar. Rusiyalı Yuliya Alipova 15 finalçının siyahısına düşə bilməyib.
22 yaşlı Paulina məşhur tenor Qaston Veqanın nəvəsidir. Onun üç qardaşı və dörd bacısı var. “Kainat gözəli 2014” bildirib ki, bu, onun sonuncu gözəllik müsabiqəsidir çünki o, tezliklə dərslərinə qayıtmaq istəyir.
“Mənim arzum müasir qadını təmsil etməkdir. O qadın ki, təkcə gözəl deyil, həm də peşəkar, ağıllı, zəhmətsevər insan olmaq barədə düşünür”, - deyə, qız müsabiqədən sonra bildirib.
İştirak anketində Paulina Veqa etiraf edib ki, açıq gözlə yatır və rəqsi çox sevir.
Qeyd edək ki, “Kainat gözəli” müsabiqəsi 1951-ci ildən keçirilir. 1972-ci ildək müsabiqə yalnız ABŞ-da baş tuturdu. Lakin sonradan gözəllərin yarışmasının finalı üçün başqa dövlətləri seçməyə başladılar. 1996-cı ildən müsabiqəni keçirmək hüququ amerikalı milyarder Donald Trampa məxsusdur.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.