banner
banner

Dünya

Rumıniya prezidenti: “Siyasi böhranın içindəyik”

Rumıniya prezidenti: “Siyasi böhranın içindəyik”
Rumıniya tam olaraq siyasi böhranının içindədir.
Axar.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Rumıniya Prezidenti Klaus Yohannis söyləyib.
“Rumınların böyük hissəsi artıq ölkənin doğru olmayan istiqamətdə inkişaf etdiyini düşünürlər. Rumıniyanın şəffaf işləyən hökumətə ehtiyacı var”, – deyə o bildirib.
Qeyd edək ki, Yohannis bundan öncə hakim Sosial Demokrat Partiyasını ölkədəki vəziyyəti gərginləşdirməkdə ittiham edib. Hökumət formalaşdıran partiyanın deputatları isə prezidentin çıxışı zamanı parlament zalını tərk ediblər.
 
SDP Rumıniya hökumətini təkbaşına formalaşdırıb. Partiyanın istəyi ilə qanunvericilikdə bəzi dəyişikliklərin edilməsi əhalinin kəskin etirazına səbəb olub. Müxalifət iqtidarın bununla korrupsiyaya bulaşmış siyasətçiləri cinayət məsuliyyətindən azad etmək istədiyini bildirib. Artıq Rumıniyada etiraz aksiyasına qoşulanların sayı yarım milyonu keçib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.