banner
banner

Dünya

İran yenə ballistik raket sınağı keçirib

İran yenə ballistik raket sınağı keçirib
İran yenə ballistik raket sınağı keçirib.
 
APA-nın xəbərinə görə, bu barədə “Fox News” telekanalı məlumat verib. Xəbər adının açıqlanmasını istəməyən hərbi mənbəyə istinadən yayılıb. Məlumata əsasən, sınaq Tehrandan 225 kilometr aralıda, Semnan şəhərinin ətrafında keçirilib.
 
Yanvarın 30-da İran BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini pozaraq, orta mənzilli ballistik raket sınağı keçirib. İranın müdafiə naziri Hüseyn Dehqan ballistik raket sınaqlarının keçirilməsini təsdiqləyərək bildirib ki, bu addım 2015-ci ildə rəsmi Tehranla “altılıq” arasında nüvə proqramına dair Hərtərəfli Fəaliyyət Planına zidd deyil. Rəsmi Vaşinqton isə İranın raket sınaqlarını pisləyib, bu addımın regionda təhlükəsizlik və sabitliyin pozulması kimi qiymətləndirib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.