banner
banner

Dünya

ABŞ dövlət katibi Meksikaya səfər edəcək

ABŞ dövlət katibi Meksikaya səfər edəcək
ABŞ-ın dövlət katibi Reks Tillerson  Meksikaya səfər edəcək.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Meksika XİN-in nümayəndəsi bildirib. Hələlik səfərin dəqiq vaxtı açıqlanmır. Fevralın 8-də R.Tillerson Vaşinqtonda Meksikanın xarici işlər naziri Luis Videqaray ilə görüşüb.
 
Qeyd edək ki, yanvarın 25-də ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə divar çəkmək niyyətini təsdiqləyib. Tramp həmçinin divarın tikintisi üçün Meksika hökumətindən 5-10 milyard dollar tələb edib. Bundan əlavə Tramp ABŞ-ın Şimali Amerika azad ticarət zonası haqqında sazişdən (NAFTA) çıxacağını vəd edib.  ABŞ-ın  NAFTA-dan çıxacağı təqdirdə Meksika ixrac rüsumlarının artması səbəbindən milyardlarla dollar ziyan çəkəcək.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.