banner
banner

Hərbİ

Hərbi prokuror: Azərbaycanda cinayət törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb

Hərbi prokuror: Azərbaycanda cinayət törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb

Ermənistan Azərbaycan xalqına qarşı təkcə Xocalıda deyil, digər ərazilərdə də kütləvi qırğınlar və soyqırımlar törədib.

Bunu Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev Milli Məclisdə bu gün “Beynəlxalq cinayətlərin qarşısının alınması və onları törədən şəxslərin cəzalandırılması haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

X.Vəliyev bildirib ki, bu cinayətləri törədən 297 nəfər barəsində həbs qərarı çıxarılıb və göndərilib:

“Ancaq onların birini də bu günə qədər əldə edə bilməmişik. Bunu hamı bilir, bu, dünyada ikili standartların bariz nümunəsidir. Müsəlmana bir, xristiana başqa bir münasibət var. İnterpol təşkilatı da eyni mövqedə durur”.

X.Vəliyev vurğulayıb ki, bu gün müzakirə edilən qanun layihəsinin qəbul edilməsini şərtləndirən bir çox amillər var.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.