Siyavuş Novruzov aydınlıq gətirdi: “Səhhətimdə ciddi problem yoxdur”
Sosial şəbəkələrdə YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş səhhətində Novruzovun son vaxtlar problem yarandığı barədə məlumatlar yayılıb. Hətta, deputatların qış tətili zamanı Siyavuş Novruzovun telefonlara cavab verməməsini, xaricdə müalicə alması ilə əlaqələndiriblər.
Məsələ ilə bağlı deputat Siyavuş Novruzov Modern.az-a açıqlama verib. O, bildirib ki, səhhəti ilə bağlı yayılan xəbərlər doğru deyil.
“Səhhətimlə bağlı yayılan xəbərlər doğru deyil. Sadəcə, deputatların qış tətili zamanı məzuniyyətimi daha yaxşı keçirmək qərarına gəldim. Həm də ötən il keçirilən referendumla əlaqədar yay tətilində dincələ bilməmişdim. İşlərim çox olduğundan məzuniyyətə vaxt ayırmaq imkanım olmamışdı. Bu səbəbdən 2017-ci ilin əvvəlində məzuniyyətimi səmərəli keçirmək qərarına gəldim”.
YAP rəsmisi, son vaxtlar telefonlara cavab verməməsinə də aydınlıq gətirib.
“Telefonlara cavab verməməyimin səbəbi sırf istirahətimlə bağlı idi. Məzuniyyətdə oldun gərək telefonu söndürəsən. O zaman normal istirahət də etmək olur. Normal dincələndən sonra yeni enerji ilə işə başlamaq lazımdır. Səhhətimdə ciddi xəstəlik yoxdur. Hər şey qaydasındadır”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.