banner
banner

Dünya

Donald Tramp yeni səfər qadağasını nəzərdən keçirir

Donald Tramp yeni səfər qadağasını nəzərdən keçirir
Məhkəmələr onun bəzi ölkələrin vətəndaşlarının ABŞ-a girişini qadağan edən ilkin cəhdini dayandırdıqdan sonra, prezident Donald Tramp səfər qadağanının tətbiqi üçün yeni fərman nəzərdən keçirdiyini bildirib.
 
Cənab Tramp rəsmi təyyarəsində jurnalistlərə yeni fərmanı bazar ertəsi və ya çərşənbə axşamı imzalaya biləcəyini deyib.
 
Prezident bu sözləri onun səfər qadağanını dayandıran məhkəmə qərarının San Fransisko apelyasiya məhkəməsi tərəfindən qüvvədə saxlanmasından sonra deyib.
 
Prezident Trampın fərmanı əsasən yeddi müsəlman ölkəsi vətəndaşlarının ABŞ-a girişini qadağan etmişdi.
 
Hazırda yeni ABŞ immiqrasiya fərmanının məzmunu məlum deyil.
 
Cənab Tramp yeni fərmana "çox az" dəyişiklik tətbiq edəcəyini deyib, lakin nəzərdən keçirilən yeni qadağanın detallarını açıqlamayıb.
 
Cənab Trampın cümə günü dediklərinə baxmayaraq, onun administrasiyası ilkin səyahət qadağanını dayandıran Seattle məhkəmə qərarının ləğv edilməsini hələ də məhkəmələrdə təqib edə bilər.
 
Cənab Tramp jurnalistlərə "biz bu döyüşü qazanacağıq" deyib, və əlavə edib ki, "Təəssüf ki, bu çox vaxt çəkir...lakin yeni əmr daxil olmaqla bizdə başqa seçimlər də var" (BBC).
 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.