banner
banner

Sosİal

Azərbaycanda ilk

Azərbaycanda ilk

Elektron tullantıların idarə edilməsi üzrə Dövlət Proqramı hazırlanarkən bu sahədə fəaliyyətin tənzimlənməsi üçün müvafiq texnoloji zavodlar yaradıla bilər.

Axar.az xəbər verir ki, artıq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutu (İTİ) elektron tullantıların idarə edilməsi üzrə təkliflər paketi hazırlayıb.

Bura istehsal müəssisələrinin yaradılması, tullantıların təkrar istehsalı, və bu sahədə sənayenin inkişafı üçün bir sıra təkliflər daxildir.

Eyni zamanda institut elektron tullantıların idarə edilməsi üzrə Dövlət Proqramını hazırlamağı, bu sahədə qanunvericilik bazasını formalaşdırmağı, onların utilizasiyası üzrə texnologiyalar və iqtisadi idarəetmə mexanizmlərini yaratmağı təklif edib.

Müvafiq təkliflər baxılması üçün AMEA-nın rəhbərliyinə təqdim olunacaq.

Qeyd edək ki, elektron tullantılarda insan sağlamlığı və ətraf mühit üçün zərərli materiallar var.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.