banner
banner

Dünya

Fransada Cənubi Koreya turistlərinə hücum olub

Fransada Cənubi Koreya turistlərinə hücum olub

Parisdən şimalda yerləşən Sen-Sen-Deni departamentində Cənubi Koreyadan olan turistlərə qarət məqsədi ilə hücum olunub.

Hücum zamanı bir neçə nəfər xəsarət alıb. Məlumata görə, hadisə fevralın 11-də turistlər mehmanxanaya qayıdan zaman baş verib.

Verilən məlumatlara görə, bir neçə nəfər avtobusa daxil olaraq, əllərindəki şüşə butulkaları turistlərin üstlərinə atıblar. Söyüş söyən qrup bələdçinin əlindəki turist biletləri, pasportları və pulları götürüb.

Bildirilir ki, hadisə nəticəsində bir neçə turist başından xəsarət alıb. Avtobusda ümulikdə uşaq və qocalar da daxil olmaqla 40 nəfərə yaxın turist olub.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.