banner
banner

Dünya

Misir hərbçiləri beş terrorçunu öldürüb

Misir hərbçiləri beş terrorçunu öldürüb

Misir hərbçiləri Sinay yarımadasının şimalında terror qruplaşmasının beş üzvünü məhv ediblər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat “Reuters” agentliyində yer alıb. Məlumata görə, daha üç terrorçu isə yaralanıb. Bildirilir ki, terrorçular əl-Ariş şəhərinin cənubunda gedən döyüşlər zamanı öldürülüb.

Qeyd edək ki, Misir Ordusu artıq iki ildən çoxdur ki, Sinay yarımadasının şimalında ekstremist qruplara qarşı antiterror əməliyatı aparır.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.