banner
banner

Dünya

ABŞ-da matçda Hitlerin himni səsləndi: Skandal

ABŞ-da matçda Hitlerin himni səsləndi: Skandal

ABŞ-da Tennis Kuboku matçının açılışı zamanı alman faşistlərinin himni ifa edilib.

Axar.az xəbər verir ki, amerikalı tennisçi Ellison Riske və alman əsilli Andrea Petkoviç arasında baş tutan oyundan öncə müğənni II Dünya müharibəsi zamanı məşhur olan nasist himninin bir bəndini səsləndirib. Həmin himnin hazırda Almaniyada qadağan olunduğu bildirilib.

Hadisəyə münasibət bildiriən Petkoviç turnir təşkilatçılarını səriştəsiz və cahil adlandırıb. Alman tennisçi qeyd edib ki, himnin sözlərini eşitdiyi anda rəqibi və özü gözyaşlarını güclə saxlayıb:

“Ən pisi də odur ki, bu hadisənin amerikalıların deyil, məhz bizim üçün pis nəticələri olacaq”.

Qeyd edək ki, alman millisinin rəhbəri də bu olayı skandal adlandırıb.

 

 Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.