banner
banner

Dünya

ABŞ-da fövqəladə vəziyyət elan edildi

ABŞ-da fövqəladə vəziyyət elan edildi

Fevralın 13-də ABŞ-ın Orovill şəhərində (Kaliforniya ştatı) Orovill bəndində yaranan qəza vəziyyəti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Axar.az xəbər verir ki, fevralın 7-də bəndin su toplanan yerinin beton novunda zədə aşkar edilib. Fevralın 11-də indiyədək bu bənddə istifadə olunmayan qəzalı qrunt suyığıcısı işə salınıb. Amma onun eroziyası gözlənildiyindən daha yüksək olub. Bənddə yarığın ölçüsü 200 futa çatıb. Suyığıcının mümkün dağılması zamanı əhalinin zərər çəkməməsi üçün fevralın 13-də təxliyə barədə qərar qəbul edilib. Təxliyə zonası 200 mindən çox adamı əhatə edir. Həftənin əvvəlində Şimali Kaliforniyanın bir neçə dairəsindən 188 min adam təxliyə ediləcək. Orovill bəndi ABŞ-da ən uca bənddir.

Bəndin yerləşdiyi dairənin şerifi Batt deyib ki, suyığıcısının beton novundakı zədələrin nə dərəcədə təhlükəli olması tam aydınlaşdırılmayana qədər təxliyə barədə sərəncam qüvvədə olacaq.

Bu qış Şimali Kaliforniyada güclü yağışlar Orovill gölünü daşmaq həddinə gətirib çıxarıb. Gölə Syerra-Nevada dağ silsiləsinin ən yağışlı mövsümlərdən birinin müşahidə olunduğu şimal hissəsindən də su daxil olur.

Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.