“Xocalıda olanlar isbat edilmiş bir qətliamdı” Türkiyəli tarixci, MHP-li millət vəkili Yusuf Halaçoğlu Modern.az-a bildirib ki, Xocalı soyqırımı yaxın tarixdə baş verib və qətliamın canlı şahidləri yaşayır. “Bu, boş ədəbiyyat söhbəti və ya qulaqdan-qulağa duyum deyil. Bu soyqırımı lentə alınıb. Kameraların təsdiq etdiyi qırğının heç bir ölkə və beynəlxalq təşkilatlar tərəfindən qəbul edilməməsi anlaşılan deyil”. Halaçoğlu eyni zamanda deyib ki, 1915- ci il hadisələri tarixçilər tərəfindən tam olaraq ispatlanamadığı halda, başqa ölkələrin parlamentləri tərəfindən “soyqırımı” olaraq xarakterizə edilir, amma bütün dünyanın gözləri qarşısında reallaşan və kameraların qeyd etdiyi bu qırğını görməzlikdən gəlmələri ikiüzlülükdür: “Xocalı qətliamında öldürülən insanların uşaq, qadın və yaşlılardan ibarət, silahsız və köməksiz olması bunun bir qəsd oldugunun göstəricilərindən biridir. Bilirsiniz ki, bu şəkildə yox etmə qəsdini daşıyan hadisələrdə öldürülənlərin sayı əhəmiyyətli deyil. Xocalıda ermənilər tərəfindən bir soyqırımı həyata keçirilib”. Tarixçi deyir ki, dünyanın bir sıra ölkələrinin isbatlanmamış 1915-ci hadisələrini “soyqırımı” kimi qəbul etdiyi halda, Xocalıya göz yumması ikili siyasətin göstəricisidir: “Qondarma bir hadisəni dünya parlamentlərində soyqırımı olaraq qəbul edən dövlətlərin gözləri qarşısında meydana gələn bu qırğına soyuqanlı yanaşmaları bizə dərs olmalıdır. Burada hədəf taxtasına qoyulan birbaşa Türklərdir. Çünki insan hüquqlarının ən təməl ünsürü müdafiə haqqıdır. Parlamentin bu qırğını görməzlikdən gəlməsi, heç dilləndirməməsi bir şərh etmə lütfunda belə olmaması iki zlülükdür”. Millət vəkili Türkiyə parlamentin də Xocalı soyqırımını özəlliklə diqqətdə saxlamalı oldugunu bildirib. “Türkiyə Xocalı soyqırmını tanıtmaq üçün Azərbaycana hər cür dəstək göstərməlidir. Bu qardaş ölkəylə yanaşı, bizim də maragımızla üst-üstə düşür”. Cia.az
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev 2027-ci ilin dövlət büdcəsindən bəhs edərkən çox vacib məqamlara toxunub.
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.