Fevralın 13-ü gündüzdən 14-ü səhərədək müşahidə olunmuş faktiki hava ilə bağlı məlumat açıqlanıb.
Cia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, fevralın 13-ü gündüzdən 14-ü səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, arabir sulu qar, qar yağıb, Lənkərana-Astara zonasında intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-9, Böyük Qafqazda 2-10, Naxçıvan MR-da 4-6, Lənkəran-Astara zonasında 3-29, Mərkəzi-Aran rayonlarında 3-12, Qazax-Gəncə zonasında 3-10 mm təşkil edib.
Qar örtüyünün hündürlüyü Bakıda və Abşeron yarımadasında: Qumyataqda 4, Bakı, Maştağada 3, Sumqayıt, Ələtdə 2, Binə, Zabratda 1, Lənkəran-Astara zonasında: Rvarudda 88, Lerikdə 70, Yardımlıda 39, Göytəpədə 32, Lənkəran, Kəlvəzdə 25, Biləsuvarda 20, Astarada 14, Kiçik Qafqazda: Daşkəsəndə 15, Göygöldə 11, Gədəbəydə 9, Böyük Qafqazda: Sarıbaşda 49, Altıağacda 18, Qırızda 17, Qubada 15, Şamaxıda 12, Mərəzə, Qusar, Kişçayda 9, Şəki, Qəbələdə 8, Oğuz, Zaqatala, İsmayıllıda 4, Şabran, Şirvanda 3, Balakəndə 1, Qazax-Gəncə zonasında: Şəmkirdə 7, Gəncə Aviada 5, Gəncə, Tovuzda 4, Naftalan, Ağstafada 3, Naxçıvan MR-da: Ağdərədə 45, Şahbuzda 28, Şərurda 27, Naxçıvanda 26, Mərkəzi-Aran rayonlarında: Kürdəmirdə 20, Qazıməmməddə 7, Tərtərdə 6, Beyləqanda 5, Mingəçevir, Salyanda 2, Bərdə, İmişli, Sabirabad, Cəfərxanda 1 sm olub.
Fiziki şəxs kirayə gəlirindən vergi ödəyərkən xərclərini çıxmaqla vergini özü hesablamaq və ödəmək hüququ əldə edir, bunun üçün vergi uçotuna düşərək vergi orqanına və kirayəçiyə məlumat verməlidir.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.