banner
banner

Dünya

500 kiloluq qadını arıqladırlar

500 kiloluq qadını arıqladırlar

500 kilo ağırlığındakı misirli Eman Ahmed dünyanın ən ağır qadını sayılır. Hazırda onu müalicə etmək üçün Hindistana gətiriblər.

“Yahoo News”un xəbərlərinə görə, əməliyyatdan sonra Emana xüsusi dieta təyin ediblər. Növbəti 25 gün ərzində qadın ancaq maye şəklində qida qəbul edəcək. Gözlənilir ki, son nəticədə qadın 50 kilo çəki itirəcək. Əməliyyat misirli qadının çəkisini daha 150 kiloqram azaldacaq. Bundan sonra qadın beş ay boyunca hindli mütəxəssislərin nəzarəti altında fizioterapiya ilə məşğul olacaq. Həkimlər ümid edirlər ki, müalicənin sonuna yaxın qadın oturmağı və müstəqil şəkildə qida qəbul etməyi öyrənəcək.


2016-cı ilin dekabrında Hindistanın xarici işlər naziri Suşma Svarac Emana viza almaqda kömək edib. Misirli qadın uzun illər yataqdan qalxmırdı və şəxsiyyətini təsdiqləmək üçün səfirliyə gedə bilmirdi. Svaraca “Twitter” vasitəsilə müraciət edərək, sənədləşməyə köməklik göstərməsini xahiş etdi.


Orqanizmdəki maddələr mübadiləsinin pozulması və zülalın disfunksiyası ucbatından 36 yaşlı misirlinin bədənində çoxlu miqdarda yağ var. Eman Ahmedin 11 yaşı olanda 500 kiloya çatıb. Elə həmin vaxtdan o, yerindən tərpənə və evindən çıxa bilməyib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.