banner
banner

Dünya

Siçan ailə faciəsinə səbəb oldu

Siçan ailə faciəsinə səbəb oldu

Türkiyənin Aydın bölgəsində evdə partlayış baş verib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, həyat yoldaşına səhər yeməyi hazırlamaq üçün tezdən oyanan Leyla Ertaş qazı yandırmaq istədikdə evdə partlayış baş verib.

Evin divarları tamamilə uçub. Partlayışdan sonra baş verən yanğında 3 ildir ki, ailə həyatı quran Leyla Ertaş (21) və Hasan Ertaş (24) 1 yaşlı övladı ilə faciləli şəkildə yanıb. Hamilə olduğu deyilən qadın övladı ilə birlikdə yanğından çıxarılaraq xəstəxanaya çatdırılıb. Vəziyyətləri ağır olan cütlük İstanbuldakı xəstəxanaya aparılıb.Yıxılan divarların altından anası yanan 8 ədəd balaca it balaları da çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Ailə faciəsinə səbəb isə mətbəxdə istifadə olunan qaz balonunun şlanqının siçanlar tərəfindən gəmirilməsi olub. Qaz sızdığından evdə partlayış baş verib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.