Şimali Koreya liderinin qardaşı Kim Çen Namın qətlinin sifarişçiləri açıqlanıb.
«Reuters»in məlumatına görə, Cənubi Koreya hökuməti qətlin Şimali Koreyanın iki nazirliyi tərəfindən təşkil olunduğunu bəyan edib.
Məlumata görə, Kim Çen Namın öldürülməsində 8 Şimali Koreya vətəndaşının əli olub. Onlardan 4-ü bu ölkənin Milli Təhlükəsizlik, 2-si də Xarici İşlər Nazirliyinin əməkdaşıdır.
Kim Çen Nam fevralın 13-də Malayziyada – Kuala-Lumpura beynəlxalq hava limanında müammalı şəraitdə iki qadın sui-qəsdçi tərəfindən qətlə yetirilib. Qadınlar Namı zəhərli maddə ilə zərərsizləşdirəndən sonra taksiyə minərək hadisə yerindən qaçıblar.
Malayziya polisi hadisədə Cənubi Koreyadan olan diplomatı şübhəli bilir. Cənubi Koreya isə qətlin Şimali Koreya hökuməti tərəfindən sifariş edildiyini bildirir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.