Masazır qəsəbəsində yaşayış evlərinin yaxınlığında torpaq sürüşməsi baş verib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov APA-ya faktı təsdiqləyərək bildirib ki, Masazır qəsəbəsində “Zəli gölü” kimi tanınan ərazidə böyük bir ərazidə qeyri-bərabər çökmə, sürüşmə və bəzi sahələrdə isə uçqun prosesi müşahidə edilib. Onun sözlərinə görə, sürüşmə-çökmə hadisəsinin baş verdiyi ərazi maili yamacdır, yamacın maililiyi 20-25 dərəcə təşkil edir: “Ərazidəki süxurlar yuyulmaya, həll edilməyə meyllidir. Atmosfer yağıntılarının, qrunt və kanalizasiya sularının təsirindən süxurların həll olunması nəticəsində ərazidə qeyri-bərabər çökmə-sürüşmə hadisəsi baş verib. Bəzi yerlərdə qırılma qaşının hündürlüyü 20-40 sm-ə qədər dəyişir, ayrı-ayrı lokal sahələri əhatə edir”. R. Həsənov qeyd edib ki, ərazidə mərkəzləşdirilmiş drenaj şəbəkəsi, kanalizasiya xəttinin sularının yer səthinə axıdılması müşahidə olunub.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.