banner
banner

Gündəm

Rektor istefa verdi

Rektor istefa verdi

Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov vəzifəsindən azad edilib.
Cia.az-ın modern.az-a istinadən xəbərinə görə, universitetin əvvəlki rektoru Fərid Əhmədov gələcək karyera və elmi fəaliyyətinin davam etdirilməsi ilə əlaqədar öz ərizəsi ilə vəzifəsindən azad olunub. Azərbaycan Universitetinin rektoru vəzifəsinə Səadət Əliyeva təyin edilib. Səadət Əliyeva uzun illər Universitetdə çalışıb, təcrübəli pedaqoqdur.
Yeni rektor artıq kollektivə təqdim olunub. Təqdimatda Universitetin kollektivi adından Fərid Əhmədova göstərdiyi fəaliyyətə və xidmətlərə görə təşəkkür edilib və yeni təyin olunan rektora uğurlar arzulanıb. Ölkədə özəl ali təhsilin bünövrəsini qoyan Azərbaycan Universiteti 1991-ci ildə təsis olunub və aradan keçən 26 il ərzində böyük inkişaf yolu keçib. Universitetin öncəliyi qabaqcıl təcrübədən istifadə olunmaqla modern dünyanın tələbləri ilə səsləşən və ölkənin dinamik inkişafına cavab verən kadr hazırlığının həyata keçirilməsidir.
Universitetdə bakalavriat pilləsində 19 ixtisas, magistraturada 9 ixtisaslaşma, doktorantura (dissertantura) səviyyəsində 15 ixtisas üzrə 1299 bakalavriat, 63 magistrant, 24 doktorant və 42 dissertant təhsil alır. Təhsil sahəsində 6 beynəlxalq təşkilatın üzvü, bir sıra TEMPUS layihələrinin, “Mövlanə”, “Erasmus+” kimi mübadilə proqramlarının tərəfdaşı olan Azərbaycan Universiteti Avropa və Türkiyənin ən qabaqcıl universitetləri ilə əməkdaşlıq edir və kredit mobilliyini həyata keçirir. Təhsil sahəsində yeni yüksək hədəflərə fokuslanan Azərbaycan Universiteti yeni dəyişikliklərlə qarşıdakı dövrdə də milli təhsilin inkişafına öz töhfələrini verməkdə davam edəcəkdir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.

Sahil Babayevdən əhaliyə ŞAD XƏBƏR - Artırılır

“Çox kiçik bir dövr ərzində biz minimum əmək haqqını 130 manatdan artıq gətirib 400 manata, minimum pensiyanı 116 manatdan 320 manata çatdırmışıq. Burada yaxşı xəbər ondan ibarətdir ki, növbəti il də ölkəmizdə böyük sosial paket həyata keçiriləcək və bu sosial paketin reallaşdırılması üçün maliyyə təminatı da büdcədə ehtiyat vəsait kimi müəyyən edilib”.