banner
banner

Dünya

Putin Liviyaya qoşun yeridir

Putin Liviyaya qoşun yeridir

“Reuters” agentliyi Misirin Liviya ilə sərhədinin bilavasitə yaxınlığında bir qrup Rusiya xüsusi təyinatlısını və dronlarını qeydə alıb.

Virtualaz.org xəbər verir ki, agentlik xüsusi təyinatlı qüvvələrin Misirin qərb hissəsindəki Sidi-Barrani aviabazasında yerləşdirildiyini bildirir. Bu aviabaza Liviya sərhədlərinə yaxındır. Məlumata görə ABŞ diplomatik dairələri Rusiyanın bu addımından çox narahat olub və hesab edir ki, məqsəd Liviyada general Halif Haftarın başçılıq etdiyi üsyançı qüvvələri dəstəkləmək, BMT-nin dəstəklədiyi milli birlik hökumətini devirmək və Qəzzafinin keçmiş silahdaşı olan Haftarı hakimiyyətə gətirmək səyləri ilə bağlıdır.

Misirin xüsusi xidmət orqanları bildirib ki, söhbət 22 Rusiya xüsusi təyinatlısından gedir, lakin onların həmin aviabazada yerləşdirilməsinin məqsədi açıqlanmır. Bununla belə qeyd olunur ki, fevralın əvvəllərindən etibarən Rusiya Misirin Mersa-Matrux rayonunda yerləşən digər hərbi bazadan istifadə edir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.