Bu gün Vyetnam Parlamentinin Hüquq Komitəsinin sədri, professor Fan Trunglinin rəhbərlik etdiyi nümayəndə heyəti Bakı Dövlət Universitetində olub.
“Qafqazinfo”ya daxil olan məlumata görə, qonaqları qəbul edən universitetin rektoru, akademik Abel Məhərrəmov Azərbaycan və Vyetnam arasında dostluq əlaqələrindən danışıb, münasibətlərin son vaxtlar sürətlə inkişaf etdiyini, prezident İlham Əliyevin Vyetnama səfərinin münasibətlərimizin inkişafında önəmli rol oynadığını bildirib.
Professor Fan Trungli vaxtilə təhsil aldığı Bakı Dövlət Universitetində olmaqdan qürur duyduğunu, onun uğurlarına sevindiyini, universitetin çox dəyişdiyini və burada öyrəndiklərinin ona həyatda çox gərəkli olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Vyetnam universitetləri arasında əlaqələrin inkişaf etdirilməsininvacibliyi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsiaparılıb.
Qeyd edək ki, professor Fan Trungli Bakı Dövlət Uqniversitetinin Hüquq fakültəsinə 1973-cü ildə qəblu olub və təhsilini başa vurduqdan sonra namizətlik dissertasiyası müdafiə edib.
Növbəti bir həftə ərzində Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən keçəcəyi, həftənin əvvəlində isə temperaturun kəskin enəcəyi gözlənilir.
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.