banner
banner

Sosİal

Bakıda “kley iyləyənlər” - VİDEO

Bakıda “kley iyləyənlər”

Şəhərin bir çox ərazilərində “kley iyləyən” yeniyetmələr son vaxtlar artmaqdadır. Gələcək nəsillərin eyni bəlası olan taksiokomaniya növbəti etapda narkomanlığa gətirib çıxarır ki, bunun da qarşısını indidən almaq lazımdır. 

 

CİA.Az Ans tv-ə istinadən xəbər verir ki, narkomaniya ilə tibbi-bioloji fərqi olmayan toksikomaniya bir növ ucuz uyuşdurucu sayılır. Ən çox istifadə olunanları isə sedavit vasitələr və kimyəvi maddələrdir. Bütün dünyada geniş yayılan “kley iyləmək” ənənəsinin sovetlər birliyinə qədər gəlib çıxıb. 

Həkimlərin sözlərinə görə, toksikomaniya insanın bir çox daxili orqanlarına, ən çox isə ağ ciyər və beyin hüceyrələrinə təsir edir. Müddət ötdükcə aslılığa gətirib çıxarır.

2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda bu kimi hallar öz əksinə tapıb. Gənclər arasında alkoqolizm, narkomaniya və toksikomaniyanın profilaktikasını həyata keçirəcək bu proqramın icrası Təhsil, Səhiyyə, Gənclər və İdman, Daxili İşlər Nazirliyinə, eyni zamanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanlarına tapşırılıb. 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.